401
Kapital 25 avqust — 23:29

Tramp administrasiyası Ermənistana yardımı kəsmək fikrindən vaz keçdi?

Tramp administrasiyası 2019-cu il üçün xarici yardımların 4 milyard dollar həcmində azaldılması ideyasından imtina edib.

Virtualaz.org “Amerikanın səsi”-nin rus xidmətinə istinadən xəbər verir ki, nəticədə  üçün xarici maliyyə yardımları 2019-cu ilinj büdcəsində təsdiq edilmiş şəkildə maliyyələşdiriləcək. O cümlədən Ermənistana ayrılan 40 milyon dollar yardım yerində qalacaq.

2020-ci ilin büdcəsində nəzərdə tutulmuş xarici yardımlar layihəsi isə Senatda sentyabrda müzakirə olunacaq. Bu layihəyə Ermənistana 40 milyon  dollar yardımın ayrılması və işğal altındakı Dağlıq Qarabağda ərazilərin minalardan təmizlənməsinin maliyyələşdirilməsi təklifi də daxildir.

Xatırladaq ki, bundan əvvəl Donald Trampın administrasiyası xarici yardımları mənasız və gərəksiz hesab edərək onun 4 milyard dollar həcmində ixtisar ediləcəyini açıqlamışdı. O cümlədən Ermənistan üçün nəzərdə tutulan yardımın verilməyəcəyi bildirilmişdi.

Virtualaz.org

Xəbərlər