147
Kapital 21 avqust — 11:20

Azərbaycan nefti cüzi ucuzlaşdı

Dünya birjalarında neftin qiyməti bahalaşıb.

Virtualaz.org bildirir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,38 dollar bahalaşaraq 60,41 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,13 dollar artaraq 56,34 dollar təşkil edib.

Azərbaycan neftinə gəlincə, o cüzi ucuzlaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,02 dollar azalaraq 62,62 dollar olub.

Xəbərlər