602
Kapital 12 avqust — 15:38

Oliqarxın keçmiş arvadının böyük iştahı

Rusiyalı oliqarx-milyarder Vladimir Potaninin keçmiş arvadı Natalya London məhkəməsində qaldırdığı boşanma-təzminat iddiasında onun əsas aktivinə-“Norilsk Nikel” müəssisəsinə də iddia edir.

Virtualaz.org xəbər verir ki, hüquqşünas Dmitri Qorbunov bu haqda deyib. Onun sözlərinə görə, London məhkəməsindəki çəkişmə zamanı müəssisənin səhm paketinin bölüşdürülməsi məsələsi də qaldırılacaq.

Hazırda Potanin müəssisənin səhmlərinin 30 faizinə nəzarət edir. Əgər keçmiş arvadı həmin səhmləri onun əlindən alsa oliqarx strateji müəssisəyə nəzarəti itirəcək.

Natalya Potaninə iyulun əvvəllərində London məhkəməsində iddia qaldırıb, müstəqil hüquqşünaslar onun qalib gəlmək şansının yüksək olduğunu deyirlər. Natalya və Vladimir Potaninlər 20 il nigahda olublar, üç uşaqları var. 2014-cü ildə boşanıblar. Rusiya məhkəməsi təzminat kimi Natalyaya 380 milyon rubl və Moskva ətrafında torpaq sahəsi ayırıb. Lakin oliqarxın keçmiş arvadı onun 14 milyard dollarlıq sərvətinin tən yarısına iddia edir.

Virtualaz.org

Xəbərlər