293
Kapital 13 may — 17:55

Neftin qiyməti yenidən yüksəlir

Bu gün Bakı vaxtı ilə saat 15:30-da London birjasında "Brent" markalı Şimal dəniz neft qatışığının iyul fyuçerslərinin qiyməti bir barel üçün 1,63% artaraq 71,77 dollara yüksəlib.

Nyu-York əmtəə birjasında WTI markalı yüngül neftin iyun fyuçerslərinin qiyməti 1,43% artaraq bir barelə görə 62,54 dollara bərabər olub.

“Bloomberg” agentliyi bildirir ki, neftin qiymətindəki artım ötən gün Fars körfəzində Səudiyyə Ərəbistanın iki tankerinə hücumla əlaqədardır.

Xəbərlər