692
Kapital 15 mart — 11:23

Adına 1 milyard dollarlıq əmlak olan pensiyaçı qarı...

Rusiyada “Fontanka” portalının jurnalistləri Peteburqda bir otaqlı evdə yaşayan pensiyaçı qarının əslində dollar milyarderi olduğunu üzə çıxarıblar. Virtualaz.org xəbər verir ki, 74 yaşlı Valentina Konstantinova Dublyennikova illik dövriyyəsi 10 milyard rubldan çox olan bir neçə şirkətin, minlərlə kvadratmetrlik kommersiya daşınmaz əmlakın və digər aktivlərin sahibidir. Həmin aktivlərin ümumi dəyərinin 1 milyard dollardan çox olduğu bildirilir.

Jurnalistlər bu faktı Federal Vergi Xidmətinə sorğu verməklə üzə çıxarıblar. Sorğuya verilən cavabda göstərilib ki, pensiyaçı qadın bir neçə şirkətlərin və daşınmaz əmlak obyektlərinin, o cümlədən Peterburqdakı “Ekspoforum”un sahibidir. Habelə qadının adına olan şirkətlərin aktivləri arasında sərgi və ticarət mərkəzləri də var. Həmin obyektlərin əsas icarəçiləri “Qazprom”un müxtəlif strukturlarıdır.

Pensiyaçı qarının şirkətləri habelə otel biznesi ilə də məşğuldur. Üstəlik şirkətlərdən bəzilərinin nəhəng borcları var. Təxmin edilir ki, qadının adına olan obyektlər kredit hesabına tikilə bilərdi. Amma kreditorun kim olduğunu aydınlaşdırmaq mümkün olmayıb.

Valentina Konstantinovna özü isə Sankt-Peterburqdakı adi panel evlərdən birində bir otaqlı mənzildə yaşayır. Milyarder olduğunu isə qadın jurnalistlərdən eşidib və bu informasiyaya inanmayıb, onu ələ saldıqlarını düşünüb.

Bununla belə qadın təsdiq edib ki, onun adına rəsmiləşdirilən şirkətlərdən birinin direktoru Yelena Maşedonu tanıyır. Maşedo “Qazprom”un rəhbər strukturları ilə sıx bağlıdır.

Virtualaz.org

Xəbərlər