388
Kapital 9 fevral — 13:10

Azərbaycan nefti bahalaşdı

Dünya birjalarında neftin qiyməti bahalaşıb.

Virtualaz.org bildirir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,47 dollar artaraq 62,10 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,08 dollar bahalaşaraq 52,72 dollar təşkil edib.

Azərbaycan nefti də bahalaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,81 dollar bahalaşaraq 63,81 dollar təşkil edib.

*    *   *01:04

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 7-də 63 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 1,38 dollar/barel azdır.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 62,19 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,18 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 58,79 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 1,45 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 60,97 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 1,34 dollar/barel azdır.

Xəbərlər