653
Kapital 7 dekabr — 11:42

Azərbaycan nefti 6 faiz ucuzlaşdı

Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqda davam edir.

Virtualaz.org bildirir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,49 dollar geriləyərək 59,57 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,39 dollar ucuzlaşaraq 51,10 dollar olub.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı xam neftin qiyməti də ucuzlaşıb. Belə ki, “Azeri LT CIF”in bir barelinin qiyməti 3,81 dollar və yaxud 5,95% azalaraq 60,24 dollar təşkil edib.

Xəbərlər