400
Kapital 5 dekabr — 12:29

Azərbaycan neftinin qiyməti 64 dollara çatır

Dünya birjalarında neftin qiyməti yenidən ucuzlaşıb.

Virtualaz.org bildirir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,12 dollar geriləyərək 60,96 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,88 dollar ucuzlaşaraq 52,37 dollar olub.

Azərbaycan neftinin qiymətinə gəlincə, o bahalaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,63 dollar artaraq 63,86 dollar təşkil edib.

Xəbərlər