400
Kapital 14 iyun — 10:55

Mərkəzi Bank uçot dərəcəsini endirdi

Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin iclasi keçirilib. İclasda uçot dərəcəsi 11 faizdən 10 faizə endirilib.

Virtualaz.org bildirir ki, bunu AMB sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, uçot dərəcəsinin azaldılmasına dair qərar makroiqtisadi proseslərin təhlili nəticəsində qəbul edilib.

Məlum olub ki, faiz dəhlizinin yuxarı və aşağı həddi isə AMB-nin qərarı ilə +/- 2% səviyyəsində müəyyən olunub.

E.Rüstəmov qeyd edib ki, AMB faiz dəhlizi qərarına növbəti dəfə bu ilin avqust ayında baxacaq.

Xəbərlər