987
Dünya 29 aprel — 23:42

Radarlardan itmiş sərnişin təyyarəsi qəzaya uğrayıb

Kubada radarlardan itmiş An-26 sərnişin təyyarəsinin qəzaya uğradığı məlum olub. Bu barədə "Ciber Cuba" portalı məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə adanın qərbində, Pinar-del-Rio vilayətində baş verib.

"Biz Kuba hökumətindən aviaşirkətin hava insidenti barədə xəbərin təsdiqini aldıq. Təəssüf ki, bizə həmçinin həlak olanların da olduğunu təsdiqlədilər" – deyə portal bildirib.

Qəzada ölənlərin dəqiq sayı hələlik məlum deyil.

 

Xəbərlər