813
Dünya 29 aprel — 20:14

ABŞ ordusu Türkiyə-Suriya sərhədini patrul etməyə başlayıb

ABŞ qoşunları türk hərbçiləri və PYD-YPG silahlıları (PKK-nın Suriya qolu) arasında insidentlərin qarşısını almaq məqsədilə Suriya-Türkiyə sərhədini patrul etməyə başlayıb.

Bu barədə “Wall Street Journal” nəşri ABŞ rəsmi şəxslərinə istinadən məlumat yayıb.

“ABŞ qüvvələri İŞİD-lə mübarizədəki səyləri heçə endirə biləcək  insidentlərin qarşısını almaq və bölgədə stabilliyi təmin etmək  məqsədi ilə Suriyanın şimalındakı rayonları patrul etməyə başlayıb”, - deyə nəşr beynəlxalq koalisiya qərargahının nümayəndəsi Con Dorriana istinadən bildirir.

Xəbərlər