696
Dünya 4 Sentyabr 2016, 00:34

Boliviyada avtobus qəzasında 11 nəfər ölüb

Boliviyada avtobusun qəzaya uğraması nəticəsində azı 11 nəfər ölüb, 40 nəfər yaralanıb.

"RİA Novosti”nin verdiyi xəbərə görə, Santa-Krus – Sukre marşrutu üzrə hərəkət edən avtobus Saipina şəhəri yaxınlığında dərinliyi 15 metr olan dərəyə yuvarlanıb.

Xəsarət alanlar xəstəxanalara çatdırılıb, qəzanın səbəbləri araşdırılır.

İlkin məlumata görə, sürücünün döngədə idarəetməni itirməsi qəzaya səbəb olub.

Xəbərlər