880
Dünya 3 Sentyabr 2016, 20:33

ABŞ ilk dəfə İŞİD-in Suriyadakı mövqelərinə raket-zenit sistemlərindən zərbələr endirib

ABŞ ilk dəfə olaraq Türkiyə ərazisindən İŞİD terror qruplaşmasının Suriyadakı mövqelərinə HIMARS raket-zenit sistemlərindən zərbələr endirib.

“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə ABŞ prezidentinin İŞİD-lə mübarizə koalisiyasındakı xüsusi nümayəndəsi Brett Makqerk bildirib.

“ABŞ İŞİD-in Suriyanın Türkiyə ilə həmsərhəd ərazisində yerləşən mövqelərinə zərbələr endirib. Zərbələr bir müddət əvvəl Türkiyə ərazisində yerləşdirilən HIMARS raket-zenit sistemlərindən endirilib”, - deyə Brett Makqerk “Twitter” mikrobloqunda yazıb.

Xəbərlər