80
Dünya 15 Yanvar 2022, 15:35

İranda avtobus aşdı, 18 nəfər ağır yaralandı

İranın İsfahan şəhərində avtobusun qəzaya uğraması nəticəsində 18 nəfər yaralanıb. Bunu şəhərin təcili yardım mərkəzinin nümayəndəsi Abbas Abedi bildirib.

Onun sözlərinə görə, hadisə yanvarın 15-də səhər saatlarında qeydə alınıb: “Hadisə yük avtomobilinin avtobusun arxa hissəsinə çarpılması nəticəsində baş verib”.

Yaralılar hospitala yerləşdiriliblər. (Mehr)

Xəbərlər