73
Dünya 15 Yanvar 2022, 11:45

Dünyada koronavirusa yoluxanların sayı 323 milyonu keçdi

Dünyada COVID-19 infeksiyasına yoluxma hallarının sayı 323 milyon 272 min 813 nəfərə çatıb. Bu barədə ABŞ-ın Con Hopkins Universitetinin məlumatında qeyd olunur.

Virusun baş qaldırmasından sonra bu səbəbdən ölənlərin sayı 5 milyon 529 min 154 nəfər təşkil edir.

Yoluxma sayına görə ABŞ, Hindistan və Braziliya ilk üçlüyü bölüşür.

ABŞ COVID-19 infeksiyasına yoluxanların və bu səbəbdən ölənlərin sayına görə dünyada liderlik edir. Birləşmiş Ştatlarda koronavirusa yoluxanların sayı 64 milyon 876 min 149 nəfərə çatıb, 849 min 242 nəfər infeksiya səbəbindən vəfat edib.

İkinci yerdə qərarlaşan Hindistanda 36 milyon 850 min 962 nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 485 min 780 nəfər ölüb.

Siyahıda üçüncü pillədə qərarlaşan Braziliyada pandemiya dövrü ərzində 22 milyon 927 min 203 nəfər virusa yoluxub, onlardan 620 min 847 nəfəri ölüb. 

Dünya üzrə ölümlülük əmsalı 1 milyon nəfərə 711 min 700 nəfər təşkil edir.

Xəbərlər