181
Dünya 6 Dekabr 2021, 01:09

Belçikada karantin əleyhinə etiraz aksiyaları

Belçikanın paytaxtı Brüsseldə karantin əleyhinə etiraz aksiyası keçirilib. Aksiyada 8 mindən çox adam iştirak edib.

2 həftə əvvəlki aksiyalardan fərqli olaraq bu dəfə güc strukturları ilə ciddi qarşıdurma qeydə alınmayıb. Etirazçılar əllərində “Vaksin istəmirik”, “COVID=soyqırım”, “Uşaqlar üçün vaksinə son” şüarları yazılmış plakatlar tutublar.

Xəbərlər