141
Dünya 28 Noyabr 2021, 14:43

İsveçrə də öz ərazisinə girişi məhdudlaşdırıb

İsveçrə hökuməti "omikron" ştamının yayılması fonunda bir sıra ölkələrdən gələnlərə məhdudiyyətlər tətbiq edib.

Xarici mətbuat xəbər verir ki, Çexiya, Niderland, Misir və Malavidən İsveçrəyə gələn vətəndaşlar mənfi koronavirus testi təqdim etməli olacaqlar. Testdən əlavə, onlar məcburi on günlük karantində qalmalıdırlar.

İsveçrə bu həftə yeni COVID-19 ştamının yayılması səbəbindən Afrikanın cənubundakı bir sıra digər ölkələrdən uçuşları qadağan edib.

Ardıcıl olaraq Honq-Konq, İsrail və Belçikadan da giriş məhdudiyyətləri tətbiq edilib. Yalnız evinə qayıdan isveçrəlilər və ya ölkədə yaşamaq icazəsi olan şəxslər İsveçrəyə gələ biləcəklər.

Xəbərlər