196
Dünya 28 Noyabr 2021, 10:34

İsrail sərhədlərini bağlayır

İsrail koronavirusun yeni “Omikron” ştamına görə sərhədlərini bağlayır. Hökumətin yaydığı məlumatda göstərilir ki, yaxın 2 həftə ərzində ölkəyə yalnız xüsusi icazə almış əcnəbilər daxil ola biləcək. Ölkəyə gələn vətəndaşlar isə gəldikdən sonra PSR testi verməli və karantinə alınmalıdırlar. Peyvənd olunmuş və ya sağalmış şəxslərin isə karantin müddəti 3 gün müəyyən edilib.

Qeyd edək ki, cümə günü “Omikron” ştamına ilk yoluxma aşkar edildikdən sonra israil Afrika ölkələrini qırmızı zona elan edib.

Xəbərlər