729
Dünya 28 Noyabr 2021, 00:45

“Əfqanıstanın Türkiyənin köməyinə ehtiyacı var”

Əfqanıstandakı “Taliban” müvəqqəti hökumətinin Baş nazirinin müavini Mövləvi Əbdül Kebir Əfqanıstanın xüsusilə Türkiyənin köməyinə ehtiyacı olduğunu deyib. Bu barədə Mövləvi Əbdül Kebir Türkiyənin Kabildəki səfiri Cihad Erginay ilə görüşdə bildirib. Görüş zamanı Əbdül Kebir Türkiyənin Əfqanıstana daha çox sərmayə qoymasını istədiklərini qeyd edib.

“Əfqanıstan və Türkiyə dostluğu uzun illər əvvələ gedib çıxır”, - Kebir əlavə edib.

Əbdül Kebir vurğulayıb ki, artıq qadınlar Əfqanıstanda bir çox sahələrdə işləməyə başlayıblar və gələn ildən qızların təhsilinə başlanılacaq: “Əfqanıstana yardım davam edir”.

Xəbərlər