236
Dünya 28 Noyabr 2021, 01:30

Rusiyanın onlarla diplomatı gələn il ABŞ-ı tərk edəcək

Gələn il yanvarın 30-da Rusiyanın 30-dək diplomatı ABŞ-ı tərk edəcək. Bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib. Səfir 2022-ci ilin iyulunda daha 27 diplomatın ABŞ-ı tərk edəcəyini vurğulayıb. Onun sözlərinə görə, diplomatların həyat yoldaşları akkreditasiyadan keçir, uşaqlarına viza verilmir: "Bu səbəbdən diplomatlar özləri də Vaşinqtonu tərk etməkdə israrlıdır". (RİA-Novosti)

Xəbərlər