137
Dünya 26 Noyabr 2021, 01:14

Əlcəzair İsrail müdafiə nazirinin Mərakeşə səfərini pisləyib

Əlcəzair İsrailin müdafiə naziri Beni Qantsın Mərakeşə səfərini pisləyib. Bu barədə "Mignews" yazır.

Bu sözləri Milli Azadlıq Cəbhəsinin (FLN) İcraiyyə Komitəsinin katibliyinin üzvü olan siyasətçi Salah Qujil deyib.

"Düşmənlər Əlcəzairdəki vəziyyəti pozmaq üçün getdikcə daha çox səfərbər olurlar", - o qeyd edib.

O, Əlcəzairdə prezidentdən sonra ikinci şəxsdir.

Xatırladaq ki, Qantsın səfəri zamanı İsrail və Mərakeş milyonlarla dollar dəyərində hərbi müqavilə imzalayıblar. İsrail ölkəyə pilotsuz uçuş aparatları və qabaqcıl hava hücumundan müdafiə sistemi satacaq.

Xəbərlər