88
Dünya 25 Noyabr 2021, 22:52

Türkiyədə koronavirus: sutka ərzində 222 nəfər həyatını itirdi

Türkiyədə son sutkada koronavirusdan 222 nəfər dünyasını dəyişib. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 363 043 nəfər test edilib, onların 24 467-nin koronavirus testi pozitiv nəticə verib, 24 467 nəfər sağalıb.

Statistikaya görə, Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 119 844 933 peyvənd tətbiq edilib ki, bunun 90,45 faizi birinci, 80,94 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.

Xəbərlər