287
Dünya 25 Noyabr 2021, 20:06

İran polisi etirazçılara atəş açıb

İran polisi İsfahanda etiraz edən fermerlərə atəş açıb.

"Azad İran" teleqram kanalının verdiyi məlumata görə, ötən gecə İranın xüsusi polis qüvvələri İsfahanda fermerlərə hücum edərək etirazçıların toplaşdığı yerlərdə çadırları yandırıblar.

İnternetdə yayımlanan kadrlarda atışma səsləri eşidilir. Etirazçıların sözlərinə görə, polis insanlara atəş açıb.

Qeyd edək ki, İranın İsfahan şəhərində Zəyəndərud çayının quruması ilə bağlı etiraz aksiyaları keçirilir.

virtualaz.org

Xəbərlər