90
Dünya 25 Noyabr 2021, 19:14

Əfqanıstanda baş verən partlayışda beş uşaq həlak oldu

Cümə axşamı Əfqanıstanın şimal-qərbindəki Taxar əyalətində minanın partlaması nəticəsində beş azyaşlı ölüb. Bu barədə yerli rəsmiyə istinadən "Aamaj News" məlumat yayıb.

Bölgənin informasiya və mədəniyyət idarəsinin rəisinin sözlərinə görə, hadisə günorta saatlarında vilayətin inzibati mərkəzi rayonlarından birində - Talukan şəhərində baş verib. Bir qrup azyaşlı partlayıcı qurğunu satış məqsədi ilə şəhərə aparmaq istəyərkən mina partlayıb. Partlayış nəticəsində 5 uşaq həlak olub.

Oxşar hadisələr mütəmadi olaraq Əfqanıstanın müxtəlif bölgələrində baş verir. Belə ki, noyabrın 8-də Uruzqan vilayətində mərminin partlaması nəticəsində 3 uşaq həlak olmuş, daha 5 uşaq yaralanmış, noyabrın 3-də isə Kunduz vilayətində baş vermiş partlayış nəticəsində iki uşaq həlak olmuş, 5 uşaq yaralanmışdır.

virtualaz.org

Xəbərlər