98
Dünya 25 Noyabr 2021, 17:48

Avropada “Pfizer” peyvəndinin uşaqlar üçün istifadəsi təsdiqləndi

Avropa Dərman Agentliyi koronavirus infeksiyası əleyhinə “Pfizer” vaksininin 5-11 yaşlı uşaqlar üçün istifadəsini təsdiqləyib.

“Reuters” xəbər verir ki, peyvəndin 5-11 yaş arası uşaqlarda istifadəsinin faydalarının onun potensial risklərindən üstün olduğu açıqlanıb.

Vaksinin həmin yaş qrupundan olan uşaqlarda 90,7 faiz effektiv olduğu bildirilib.

Qurum “Pfizer-Biontec” vaksininin 5-11 yaşlı uşaqlara 10 mikroqram olmaqla 3 həftəlik periodla iki doza tətbiq edilməsini tövsiyə edib.

Xatırladaq ki, sentyabrın 20-də “Pfizer-Biontec” şirkəti istehsal etdiyi vaksinin kiçik dozalarda 5-11 yaşlı uşaqlara tətbiqinin təhlükəsiz olduğunu və immun sisteminin sürətli reaksiyasını yaratdığını açıqlayıb. Klinik sınaqların 2 200 uşağın iştirakı ilə apardığı bildirilib.

Xəbərlər