275
Dünya 25 Noyabr 2021, 13:25

Şimali Koreya vətəndaşı "Squid Game" serialına görə edama məhkum edildi

Şimali Koreya sakini Cənubi Koreyada çəkilən “Squid Game” teleserialını ölkəyəy qaçaqmalçılıq yolu ilə gətirdiyinə görə edam cəzasına məhkum edilib. Bu barədə “Daily Mail” yazır.

Onunla birlikdə filmin nüsxəsini alan bir neçə orta məktəb şagirdi, eləcə də onların müəllimləri və məktəb işçiləri ittiham olunub. Onlar beş il katorqa işlərinə məhkum ediliblər. “Radio Free Asia” yazır ki, tamaşaçılardan biri varlı valideynlərin oğlu idi. O, üç min dollara azadlıqa buraxılıb.

2021-ci ilin oktyabrında Şimali Koreya səlahiyyətliləri “Squid Game” seriyasını kəskin tənqid edərək, bunun "Cənubi Koreya kapitalist cəmiyyətində vəhşilik nümunəsi" olduğunu söyləyiblər. Dövlətin təbliğat saytı “Arirang Meari” o zaman yazıb ki, serial “sırf Cənubi Koreyanın kapitalist mədəniyyətini ən pis halda təsvir etdiyi üçün” populyarlıq qazanıb.

virtualaz.org

Xəbərlər