163
Dünya 25 Noyabr 2021, 13:09

İstanbulda keçirilən etiraz aksiyalarında 40-dan çox adam saxlanılıb

Türkiyədə ötən gün hökuməti istefaya çağıran nümayişlər zamanı polis bir neçə nəfəri saxlayıb. "Duvar" qəzeti xəbər verir ki, İstanbulun Kadıköy, Şişli, Bakırköy, Avcılar və Bəylikdüzü rayonlarında lirənin ucuzlaşması və kəskin qiymət artımı ilə əlaqədar başlayan etiraz aksiyaları artıq ikinci gündür ki, keçirilir.

Qeyd olunur ki, aksiya iştirakçıları “Hökumət istefaya getsin”, “Ölkəmizi bir dəstə quldur və oğruya buraxmayacağıq”, “Artıq dolana bilmirik” şüarları səsləndiriblər.

Polis əməkdaşları “Polislər, çıxın, bu küçələr bizimdir” deyə qışqıran etirazçıları saxlayıb.

Qəzetin məlumatına görə, polis Kadıköyün mərkəzində üç əsas yolu bağlayıb.

virtualaz.org

Xəbərlər