130
Dünya 25 Noyabr 2021, 02:00

Slovakiyada karantin sərtləşdirilir

Slovakiya hökuməti noyabrın 25-dən etibarən iki həftəlik ümummilli karantin rejimi və maksimum 90 günlük fövqəladə rejim tətbiq etmək barədə qərar verib. Bu barədə Slovakiya radiosu ölkənin baş naziri Eduard Heqerə istinadən məlumat yayıb.

"Bu sərt tədbirlər koronavirusa yoluxma hallarının artması və peyvənddən imtina edənlərin məsuliyyətsizliyinə görə tətbiq edilir”, - Heqer bildirib.

Karantin rejimi ilə əlaqədar gecə saatlarında evdən çıxmaq qadağan olunur, həmçinin restoran və kafelər işləməyəcək. İaşə müəssisələri ancaq xüsusi pəncərədən yemək və içki sata biləcəklər. Ərzaq mallarının satıldığı mağazalar istisna olmaqla, digər obyektlər fəaliyyətini dayandıracaq. Gəzintiyə yalnız yaşayış yerinin inzibati rayonu ərazisində icazə verilir.

Bununla yanaşı, hökumət koronavirus xəstəxanalarındakı həkimlərə kömək etmək üçün hər gün minə qədər hərbçi ayrıldığını açıqlayıb.

Xəbərlər