208
Dünya 24 Oktyabr 2021, 23:58

Rusiyada içki məclisində qumbara partladı

Rusiyada içki məclisində faciə baş verib.“Vesti.ru” xəbər verir ki, hadisə Bryansk vilayətinin "Moskovski" mikrorayonunda olub. İçki məclisi zamanı qumbara partlayıb, bir nəfər həlak olub.

Bildirilib ki, 4 dost ev şəraitində yeyib-içərkən dostlardan biri özü ilə gətirdiyi qumbaranı stolun üzərinə qoyub. Bu zaman partlayıcı işə düşüb. Partlayış nəticəsində dostlardan biri – 29 yaşlı kişi qəlpə yarasından hadisə yerində ölüb.

Rusiya İstintaq Komitəsinin regional şöbəsi tərəfindən cinayət məcəlləsinin “ehtiyatsızlıqdan insan ölümünə səbəb olma, habelə partlayıcı qurğuların qanunsuz saxlanması” maddəsi ilə cinayət işi başlanıb.

Xəbərlər