311
Dünya 24 Oktyabr 2021, 23:28

Ağır yol qəzasında üç qadın həlak oldu

Rusiyada “SCANIA” markalı yük maşını ilə “VAZ-2112” markalı minik avtomobili toqquşub. Yerli KİV-lər xəbər verir ki, hadisə günorta saat 5 radələrində Başqırdıstan Respublikasının ərazisindən keçən M5 “Ural” magistralının 1335-ci kilometrliyində baş verib.

Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin mətbuat xidmətindən bildirilib ki, qəza nəticəsində minik avtomobilində arxa oturacaqda əyləşən 58, 55 və 33 yaşlarında olan 3 qadın hadisə yerində dünyasını dəyişib. 35 yaşlı sürücü və 38 yaşlı qadın ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Yük maşınının sürücüsü xəsarət almayıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Xəbərlər