104
Dünya 24 Oktyabr 2021, 22:17

Türkiyədə koronavirus: sutkada 195 nəfər öldü

Türkiyədə son sutkada yeni növ koronavirusdan 195 nəfər ölüb. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 338 536 nəfər test edilib, onların 24 792-nin koronavirus testi pozitiv nəticə verib, 24 403 nəfər sağalıb.

Nazirlikdən paylaşılan statistikaya görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 115 255 712 peyvənd tətbiq edilib ki, bunun 88,87 faizi birinci, 77,49 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.

Xəbərlər