319
Dünya 24 Oktyabr 2021, 21:51

Rəisi hakimiyyətə gələndən bəri İranda 141 adam asılıb

İranın müxtəlif şəhərlərində son 30 gündə ən azı 31 məhbus edam edilib. İranın müxalifət mediası xəbər verir ki, İbrahim Rəisi İran prezidenti seçiləndən idarə etdiyi 92 gün ərzində ölkədə ən azı 141 adam edam edilib.

Oktyabrın 19-da ölkənin cənubundakı Ramhormozdan olan Əli Məhəmməd Məhəmmədi və qardaşı Eslam Məhəmmədi Əhvazdakı Sepidar həbsxanasında edam edilib. Bir neçə Ramhormoz sakini buna etiraz edirdi, lakin təhlükəsizlik qüvvələri dərhal onları həbs edib.

Bir gün sonra, başqa bir cinayətə görə, Zahedan Mərkəzi Həbsxanasında görmə qabiliyyətini 80 faiz itirən bəluc məhbusu asılıb.

virtualaz.org

Xəbərlər