177
Dünya 24 Oktyabr 2021, 20:52

ABŞ-da həlak olan operatorun ailəsi üçün 175 min dollardan çox pul yığılıb

ABŞ-da “Rust” filminin çəkiliş meydançasında qəza nəticəsində həlak olan kinooperator Qalina Hatçinsin ailəsinə könüllü ianələrin məbləği bazar günü 175 min dolları keçib. Bu barədə TASS xəbər verir.

Hatçinsin ailəsinə və dostlarına kömək etmək çağırışına 2,2 mindən çox insan reaksiya verib. Bəzi ianələr 2-3 min dollar təşkil edib.

Hatçins ilə vida mərasimi şənbə günü Albukerke şəhərində baş tutub. Operatorla vidalaşmağa onlarla insan gəlib.

Xatırladaq ki, Hatçins cümə axşamı Nyu-Meksikada "Rust" filminin çəkiliş meydançasında həlak olub. Aktyor Alek Bolduin onu təsadüfən güllələyib.

virtualaz.org

Xəbərlər