156
Dünya 24 Oktyabr 2021, 15:54

Çində universitetdə partlayış: ölənlər və yaralananlar var

Çinin Nankin Aerokosmik Universitetinin laboratoriyasında partlayış baş verib. Bu barədə "Sina" informasiya mənbəyi məlumat yayıb.

Partlayış nəticəsində 2 nəfər ölüb, daha 9 insan yaralanıb.

Mütəxəssislər hadisənin səbəblərini araşdırır. Digər təfərrüatlar hələlik verilməyib.

Xəbərlər