96
Dünya 24 Oktyabr 2021, 13:19

Rusiyada koronavirus: ölənlərin sayı 230 600 nəfərə çatdı

Rusiyada son sutka ərzində daha 35 660 nəfər koronavirusa yoluxub. Operativ Qərargahın verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 8 241 643 nəfərə çatıb.

Son sutka ərzində 1 072 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 230 600 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya, Türkiyədən sonra dördüncü yerdə gəlir.

Xəbərlər