150
Dünya 24 Oktyabr 2021, 09:46

Dünyada koronavirusa yoluxanların sayı 244 milyonu keçib

Dünyada koronavirus infeksiyasına yoluxma hallarının sayı artmaqda davam edir.

“Worldometers” portalının məlumatına əsasən, dünyada son sutkada koronavirus infeksiyasına 371 424 yeni yoluxma faktı qeydə alınıb, analiz nümunələri müsbət çıxan 5 849 nəfər vəfat edib.

İndiyədək dünyada ümumilikdə 244 085 964 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib

Qeyd edilir ki, dünyada koronavirusdan ölənlərin ümumi sayı 4 958 907 nəfərə çatıb. Virusa yoluxan 221 152 718 pasiyentin isə həyatını xilas etmək olub.

Dünyada koronavirusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Siyahıda sonrakı yerlərdə Hindistan, Braziliya və Böyük Britaniya qərarlaşıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbərlər