143
Dünya 24 Oktyabr 2021, 09:38

ABŞ-da avtomobil yarışları 2 uşaq tamaşaçının ölümü ilə nəticələndi

ABŞ-ın Texas ştatında Kervill şəhərində düz xətt üzrə “Drag racing” avtomobil yarışı faciə ilə sona çatıb. Bu barədə yerli polis məlumat yayıb.

Şəhər hava limanının uçuş-enmə zolağında keçirilən tədbir zamanı rəqiblərdən birinin avtomobili idarəetməni itirərək yaxınlıqda dayanmış tamaşaçıların avtomobillərinə çırpılıb.

Qəza nəticəsində 6 yaşlı uşaq yerindəcə ölüb, 8 yaşlı uşaq isə Kervilldəki “Peterson” Regional Tibb Mərkəzinə aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Daha 8 nəfərin yaralandığı bildirilib. Yaralılardan iki kişi və iki qadının xəsarətləri ağır olduğundan təyyarə ilə yerli xəstəxanalara çatdırılıb.

Polis hadisənin səbəblərini araşdırır.

Xəbərlər