171
Dünya 24 Oktyabr 2021, 00:28

ABŞ-da tələbə şənliyində atışma baş verib

ABŞ-ın Corciya ştatının Fort Valley şəhərindəki universitetin yaxınlığında, tələbə şənliyində atışma baş verib. "Fox News" kanalının yaydığı məlumata görə, atışma nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb. Zərərçəkənlərdən bəziləri xəstəxanaya yerləşdirilib, onların vəziyyəti barədə heç bir məlumat yoxdur. Əlavə məlumat verilmir.

Polis yerli sakinləri hadisə yerindən yayınmağa çağırıb.

Xəbərlər