1176
Dünya 23 Oktyabr 2021, 21:01

Hollivud ulduzunu kim tora saldı?

“Rust” (“Pas”) filminin operatoru Qalina Hatçinsin şok edici qətli üzrə aparılan istintaqının bəzi təfərrüatları məlum olub. "New York Times"ın məhkəmə sənədlərinə istinadən yazdığına görə, içərisində bir güllə olan tapançanı Alek Bolduina rejissor köməkçisi verib. O, çəkiliş üçün hazırlanmış üç tapançadan birini seçib və “boşdur” deyə aktyora atıb.

 

Qeyd olunur ki, silahı çəkiliş üçün peşəyə yeni gəlmiş 24 yaşlı Hanna Qutyerres-Rid hazırlayıb. İstintaq bu silahı və Bolduinin üstündə qan izləri olan paltarını götürüb. Bu qan sünidir və ya həqiqi dəqiqləşdirilməyib.

Bundan başqa, müstəntiqlər çəkilişdə rekvizit kimi istifadə olunan tüfəng və döyüş sursatlarını alıblar. Hakimiyyət orqanları filmin çəkildiyi rançoda axtarış həyata keçirmək üçün qərarı verib.

Ağ Evin mətbuat katibi Cen Psaki çəkiliş meydançasında baş verənləri faciə adlandırıb, həlak olan qadının və yaralanan rejissorun yaxınlarına başsağlığı verib.

63 yaşlı Bolduin polis tərəfindən dinləndirilib, lakin hadisə ilə bağlı heç kimə qarşı  ittiham irəli sürülməyib. Ötən gün Bolduin ilk dəfə hadisəyə münasibət bildirib və hadisədən çox üzüldüyünü deyib.

Bununla yanaşı, Amerika mətbuatı, siyasi baxışlarını gizlətməyən və ABŞ-ın keçmiş prezidenti Donald Trampa parodiyalar edən Bolduinə qarşı bu hadisənin bir sui-qəsd ola biləcəyini də istisna etmir.

virtualaz.org

Xəbərlər