182
Dünya 14 Oktyabr 2021, 01:14

Məscidə hücum: ən azı 10 nəfər öldürülüb

Nigerin cənub-qərbində yerləşən məscidlərdən birinə hücum olub. Bu barədə yerli xarici KİV-lər xəbər verir.

Məlumata görə, naməlum şəxslər məscidə hücum edərək azı on nəfəri öldürüblər.

Hücum Tillaberi bölgəsində, "üç sərhəd zonası" adlanan ərazidə - Nigerin Mali və Burkina-Faso ilə dövlət sərhədlərinin keçdiyi ərazidə baş verib. Qeyd edək ki, bu bölgə İŞİD və "Əl-Qaidə" terror təşkilatları ilə əlaqəli çoxsaylı qruplar tərəfindən idarə olunur.

Niger Afrikada terrorçu fəaliyyətlər və qanunsuz köç səbəbi ilə ən problemli bölgələrdən sayılır. 2014-cü ildə Fransa burada antiterror əməliyyatı həyata keçirib.

Xəbərlər