412
Dünya 14 Oktyabr 2021, 00:17

Norveç sakini ox və yayla küçələrə çıxıb, insanları öldürməyə başlayıb

Norveçin Konqsberq şəhərində naməlum şəxs bir neçə nəfəri öldürüb. Bu barədə “VG” qəzeti polisə istinadən yazıb. Bildirilir ki, cinayətkar şəxs qurbanlarını ox və yayla vurub.

“Bu hadisələr nəticəsində bir neçə yaralı və bir neçə ölən var”, - deyə cənub-şərq polis dairəsinin rəhbəri Eyvind Aas bildirib.

Şübhəli şəxs saxlanılaraq nəzarətə götürülüb. Onun haqqında hələlik başqa məlumat yoxdur. Cinayətkarın təkbaşına hərəkət etdiyi deyilir.

Xəbərlər