296
Dünya 13 Oktyabr 2021, 23:22

Elvin Yusifli Rusiyada 12 il müddətinə azadlıqdan məhrum edilə bilər

Rusiya müstəntiqləri rayon qəzetinin baş redaktoru Olesya Şarninanın öldüyü ağır yol qəzası törətməkdə təqsirləndirilən 29 yaşlı Azərbaycan vətəndaşı Elvin Yusifliyə qarşı cinayət işi üzrə icraat başa çatdırıb.

Xatırladaq ki, avqustun 1-də 29 yaşlı Elvin Yusifli Sovetski şəhərinin Kiyevskaya küçəsində yol qəzası törədib. Əvvəlcə ona qarşı daha "yüngül" ittiham irəli sürülüb. Ancaq sonradan yeni təfərruatlar ortaya çıxıb. Məlum olub ki, avtomobil qəzası zamanı Yusifli narkotiklərin təsiri altında olub.

Baş redaktor Olesya Şarnina

“Araşdırma zamanı məlum olub ki, avtomobili sərxoş vəziyyətdə idarə edən həmin şəxs ötmə zamanı qarşıdan gələn zolağa çixib və qarşıdan gələn avtomobillərə maneə yaradıb. İdarəetməni itirən sürücü, səkiyə çıxıb və orada eyni istiqamətdə hərəkət edən piyadanı vurub. Toqquşma nəticəsində piyada çoxsaylı bədən xəsarətləri alıb və nəticədə hadisə yerində ölüb”, - Daxili İşlər Nazirliyinin Sovetski rayonu üzrə mətbuat xidmətindən bildiriblər.

Artıq ittiham aktı təsdiqlənməsi üçün prokurorluğa göndərilib. Xatırladaq ki, Yusifli cinayət törədildiyi gündən həbsdə idi. Onu 12 ilədək həbs cəzası gözləyə bilər.

virtualaz.org

Xəbərlər