381
Dünya 13 Oktyabr 2021, 22:11

Türkiyədə polis əməliyyatı: İranın casusları tutuldu

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) polislə birlikdə ölkənin şərqindəki Van əyalətində keçirdiyi əməliyyat nəticəsində İranın casus şəbəkəsi ifşa edilib. Bu barədə “Anadolu” agentliyi xəbər verir.

Qeyd edilir ki, əməliyyat zamanı səkkiz nəfər, o cümlədən İranın xüsusi xidmət orqanlarının iki casusu saxlanılıb.

Bildirilir ki, qrup üzvləri keçmiş İran hərbçisini qaçaqmalçılıq yolu ilə vətənə aparmaq istəyərkən ələ keçirilib.

Xəbərlər