178
Dünya 13 Oktyabr 2021, 18:29

Putin jurnalistlərin təqib edilməsini qeyri-normal hesab edir

Rusiya prezidenti Vladimir Putin jurnalistlərin dünyada təqib edilməsini qeyri-normal hesab etdiyini bildirib.

"Düşünürəm ki, jurnalistlər təqib olunanda bu normal deyil", - Putin bu gün Rusiya Enerji Həftəsinin plenar iclasında çıxış edərək bildirib.

"Yeri gəlmişkən, dünya üzrə öldürülən, zərərçəkən jurnalistlərin sayını götürsək, görəcəyik ki, Rusiya bunun baş verdiyi yeganə ölkə deyil. Əlbəttə ki, bu ölkədə daxili inkişafının və demokratik proseslərinin nəticəsidir", - o vurğulayıb.

Putin bildirib ki, dünyada medianin dövlət mənbələrindən maliyyələşdirildiyi, lakin eyni zamanda müxalif mövqeyini tutan mediya qurumlarına başqa ölkələrdə çətin rast gəlmək olar.

"Təbii ki, jurnalistlər müəyyən sərhədləri keçəndə, risk zonasına girəndə, riskə gedirlər. Bizim vəzifəmiz onları qorumaqdır. Təəssüf ki, həmişə bunun öhdəsindən gələ bilmirik", - Putin əlavə edib.

virtualaz.org

Xəbərlər