104
Dünya 28 Sentyabr 2021, 21:50

"Twitter"in işində problem yaranıb

Dünyanın bir çox ölkələrində twitter sosial şəbəkəsinin işində problem yaranıb. Bu barədə məşhur internet servislərin fəaliyyətini araşdıran “Downdetector” xidməti məlumat yayıb.

Sosial şəbəkə istifadəçiləri əsasən saytın fəaliyyəti və serverə qoşulmada problemlərin yaranmasından şikayət ediblər.

Nasazlıqlar, əsasən, ABŞ, Kanada, Böyük Britaniya və Almaniyada müşahidə edilir.

Xəbərlər