115
Dünya 28 Sentyabr 2021, 21:35

Belarusda referendum keçiriləcək, ölüm cəzasının olub-olmamasına səs veriləcək

Belarus prezidenti Aleksandr Lukaşenko hesab edir ki, belarusluların əksəriyyəti qanunvericilikdə ölüm cəzasının saxlanılmasının tərəfdarıdır. O, bu barədə Minskdə konstitusiya komissiyasının iclasında bəyan edib. "Sputnik Belarus" qeyd edir ki, Belarusda yeni konstitusiya hazırlanır və 2022-ci ilin fevral ayından gec olmayaraq Konstitusiya referendumu keçiriləcək.

Konstitusiya komissiyasının yekdil fikirdə olmadığı və bunu prezident səviyyəsinə qaldırmağa qərara aldığı mübahisəli məsələlərdən biri də ölkədə ölüm cəzasının tətbiqi təcrübəsinin qorunması və ya ləğv edilməsi məsələsi olub.

“Əgər biz indi bu məsələni qaldırsaq… Yenə də düşünürəm ki, əksəriyyət ölüm cəzasının saxlanılmasının tərəfdarı çıxacaq”, - deyə 67 yaşlı siyasətçi vurğulayıb.

Eyni zamanda, Belarus Prezidenti müvafiq məsələnin ayrıca referenduma çıxarılması barədə fikirlə razılaşdığını ifadə edib.

Məlumat üçün qeyd edək ki, Avropa İttifaqı (Aİ) uzun illərdir Belarusdan ölüm cəzasının tətbiqini dayandırmağı tələb edir.

Xəbərlər