293
Dünya 28 Sentyabr 2021, 19:15

ABŞ “Taliban”ı terror təşkilatı elan etdi

"Taliban" "Əl-Qaida" ilə əlaqələrini kəsməyib. Bu barədə ABŞ Silahlı Qüvvələri Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli Senatda Əfqanıstanla bağlı keçirilən dinləmələr zamanı deyib. 

“"Taliban”ın terror təşkilatı olduğunu, belə qalmağa davam etdiyini və "Əl-Qaidə" ilə əlaqələrini kəsmədiyini xatırlamalıyıq", - deyə o, Senatın Müdafiə Komitəsinin iclasında bildirib.

ABŞ generalının sözlərinə görə, terrorçuların Əfqanıstan ərazisindən hücum təşkil etmək qabiliyyətini bərpa etməsi reallıqdır.

virtualaz.org

Xəbərlər