167
Dünya 28 Sentyabr 2021, 16:09

Makrona yumurta atan tələbə psixiatrik xəstəxanaya yerləşdirildi

Fransa prezidenti Emmanuel Makrona yumurta atan tələbə məcburi müalicə üçün psixiatrik xəstəxanaya göndərilib. Bu barədə RİA Novosti yazır.

Xatırladaq ki, bir gün əvvəl Makron Liondakı sərgiyə baş çəkərkən, 19 yaşlı tələbə ona yumurta ataraq "Yaşasın inqilab!" deyib.

Gözətçilər gənci saxlayıblar və prokurorluğun tələbi ilə o psixiatrların müayinəsinə göndərilib. Bundan sonra tələbə Lion yaxınlığındakı xəstəxanaya yerləşdirilib.

virtualaz.org

Xəbərlər