248
Dünya 28 Sentyabr 2021, 13:20

Suriyada PKK-nın Ermənistan üzrə nümayəndəsi məhv edildi

Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) Suriyanın Kamışlı bölgəsində antiterror əməliyyatı keçirib. Məlumatı “Hurriyet” yayıb.

Bildirilib ki, antiterror əməliyyatı nəticəsində terrorçu PKK-nın İnterpol tərəfindən axtarış olan başçılarında biri, Engin Karaaslan zərərsizləşdirilib.

O, 1980-ci illərdə PKK-ya qatılıb. 1990-cı illərdə Suriyanın Dəməşq bölgəsində təlim keçib. 2000-ci illərdə terrorçu PKK-nın Ermənistan üzrə nümayəndəsi olub.

Xəbərlər