167
Dünya 27 Sentyabr 2021, 00:45

Nant şəhərindəki “Qarabağ” məktəbində Anım Günündən bəhs edildi

Fransanın Nant şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan həftəsonu məktəbində 27 sentyabr – Anım Gününə həsr olunmuş dərs keçirilib.

Diasporla iş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan dərsdə şagirdlər ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda həlak olan qəhrəman şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Masalarının üzərinə güllərin düzüldüyü və şamların yandırıldığı, qəhrəman şəhidlərin fotolarını köynəklərində daşıyan şagirdlərə bir il bundan öncə Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz tərəfindən əldə olunmuş parlaq Qələbə, həmin tarixi günə aparan 27 sentyabrda baş verənlər barədə ətraflı məlumat verilib.

Qeyd edilib ki, xalqımız və dünyadakı azərbaycanlılar Vətənimizə böyük xidmət göstərən qəhrəmanlarımızın fədakarlığını heç bir zaman unutmayacaqlar.

Xəbərlər